23 Oktyabr 2019
Parisdə aksiyada 123 nəfər saxlanıldı
Parisdə aksiyada 123 nəfər saxlanıldı DÜNYA 17:42 2019-09-21

Fransanın paytaxtı Parisdə “Sarı jiletlilər”in 45-ci aksiyası zamanı 123 nəfər saxlanılıb, 147 nəfər cərimələnib.

Unikal.org xəbər verir ki, Paris küçələrində, ümumilikdə, minlərlə insan nümayişə çıxıb.

Təqaüd sisteminə tətbiq edilən son islahatlara etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Aksiya iştirakçıları kapitalizm əleyhinə şüarlar səsləndirir, küçələrdəki zibil qutuları və digər əşyaları sındırırlar.