23 Oktyabr 2019
Cəlilabadda əmioğlu və əmiqızı döyüldü
Cəlilabadda əmioğlu və əmiqızı döyüldü HADİSƏ 22:15 2019-09-21

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  Alar kənd sakinləri - 1988-ci il təvəllüdlü Mehdiyev Farid Azad oğlu və onun əmisi qızı, 1985-ci il təvəllüdlü Mehdiyeva Böyükxanım Füzuli qızı naməlum şəxslər tərəfindən döyülüblər.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib.

Hazırda hadisənin başvermə səbəbi və təfərrüatı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.