21 Noyabr 2019
20 Noyabr 2019
Albaniyada zəlzələ oldu - 44 nəfər xəsarət aldı
Albaniyada zəlzələ oldu -44 nəfər xəsarət aldı DÜNYA 22:40 2019-09-21

Albaniyada 5,6 bal gücündə zəlzələ olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, iki dəfə müşahidə edilmiş yeraltı təkanlar nəticəsində 44 nəfər xəsarət alıb. Zəlzələ zamanı habelə azı 10 bina zədələnib. Təbii hadisə nəticəsində həmçinin xeyli sayda binaya zərər dəyib. 

Bildirilir ki, zəlzələnin episentri Durres şəhərindən 6 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Təbii hadisə ən çox Tiranadan 10 kilometr məsafədə yerləşən Helmes qəsəbəsinə zərər vurub. Burada elektrik və mobil əlaqə şəbəkələrinə ziyan dəyib. 

Zəlzələ Yunanıstanın Kerkir adasında da hiss edilib.