Güclü külək Abseron sakinin xəsarət almasına səbəb olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib. 

Qəsəbədə küləyin təsirindən dam örtüyü 1945-ci il təvəllüdlü Mustafayev Ağamirzə Mirzə oğlunun üstünə düşüb. Nəticədə o, xəsarət alıb. Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif dərəcəli əziyi diaqnozu qoyulub.