Tovuzda torpaq üstündə dava olub.
Unikal.org APA-ya istinadən məlumat verir ki, rayonun Düz Cırdaxan kənd sakini, 1966-cı il təvəllüdlü Abdulla Ələkbərov boyun və qulaq nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə A. Ələkbərov torpaq üstündə yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən bel ilə vurulub.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdrıma aparılır.