16 Oktyabr 2019
Hərbi qulluqçumuz dəfn edildi - FOTO
Hərbi qulluqçumuz dəfn edildi -FOTO CƏMİYYƏT 12:52 2019-09-22

Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib.

Unikal.org xəbər verir ki, E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib.

Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub.

Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.

Allah rəhmət etsin!


  • Hərbi qulluqçumuz dəfn edildi -FOTO
  • Hərbi qulluqçumuz dəfn edildi -FOTO
  • Hərbi qulluqçumuz dəfn edildi -FOTO