16 Oktyabr 2019
“Qırmızı şeytanlar” bu dəfə bacarmadılar
“Qırmızı şeytanlar” bu dəfə bacarmadılar İDMAN 20:06 2019-09-22

Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

Unikal.org xəbər verir ki, çempionluğa iddialı olan “Mançester Yunayted” səfərdə “Vest Hem”lə qarşılaşıb. Görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

“Vest Hem”in heyətində 44-cü dəqiqədə Yarmolenko, 84-cü dəqiqədə isə Kresvell fərqlənib.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 11-ə çatdıran “Vest Hem” turnir cədvəlində 4-cü pilləyə yüksəlib, “Mançester Yunayted” isə 8 xalla 6-cı sıradadır.