16 Oktyabr 2019
Rusiyalı boksçu eyvandan yıxılaraq ÖLDÜ
Rusiyalı boksçu eyvandan yıxılaraqÖLDÜ DÜNYA 20:19 2019-09-22

Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, dostları ilə içki içən idmançı daha sonra oteldəki otağına qalxıb. Bir qədər sonra Alekseyin otağında qışqırıq səsləri eşidən dostları otağa daxil olublar və onun balkondan düşdüyünü görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub. Hazırda polis hadisəni araşdırır.