16 Oktyabr 2019
"Neftçi" yenə qələbə qazana bilmədi
"Neftçi" yenə qələbə qazana bilmədi İDMAN 20:37 2019-09-22

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, turun ikinci günündə “Neftçi” və “Keşlə” arasında Bakı derbisi baş tutub.

“Bakcell Arena”da keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb. Donald Geryenin qırmızı vərəqə aldığı oyunun böyük hissəsini azlıqda keçirən “Neftçi” ardıcıl ikinci matçdan qolsuz və qələbəsiz ayrılıb. “Keşlə” isə ilk heç-heçə ilə 3-cü sıraya yüksəlib.

Qeyd edək ki, turun ilk günündə “Sumqayıt” “Sabah”a 1:0 hesabı ilə qalib gəlib, “Səbail” – “Qəbələ” matçında heç-heçə qeydə alınıb – 1:1. Sabah yekun vurulacaq turun son görüşündə “Zirə” “Qarabağ”ı qəbul edəcək.