Xətai rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Şaməddin Alıyev naməlum şəxs tərəfindən döyülüb. Onun üzərindəki 700 manatını ələ keçiriblər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs axtarılır.