Türkiyə Super Liqasında 5-ci turun növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, çempionluğa iddialı olan “Qalatasaray” klubu səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Fatih Terimin komandası meydan sahiblərinin son dəqiqələrdə vurduğu qolla qələbəni əldən verib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.