23 Oktyabr 2019
BQXK Azərbaycan əsgərinin nəşinin qaytarılması üçün danışıqlar aparır
BQXK Azərbaycan əsgərinin nəşinin qaytarılması üçün danışıqlar aparır REPORTAJ 14:42 2019-09-23

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşinin ərazidən təhlükəsiz təxliyyəsi üçün məlumatlandırılıb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  Unikal.org-a bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi məsələdən xəbərdardır və bununla bağlı müvafiq qurumlarla konfidensial ikitərəfli dialoq aparılır.