Əməkdar artist Elza Seyidcahanla vəkil Şəfiqə Nağıyeva arasında proqram zamanı mübahisə düşüb.

Unikal.org  xəbər verir ki, "Səhər-səhər" verilişində qonaqlar müğənninin görünüşünü müzakirə ediblər.

Seyidcahanın "1930-1930-cu ilin videolarına baxıram, başlarına çilçıraq qoyurlar. Biz hələ az şey edirik" deyərək, qeyri-adi imiclərinə haqq qazandırmağa çalışıb.

Müğənni daha sonra Ş.Nağıyevanın estetik əməliyyat etdirdiyini deyib:

"Bir dəfə toyda gördüm Şəfiqə xanım rəqs edir, tanımadım. Soruşdum kimdir? Dedi, mənəm də, Şəfiqə xanım. Baxdım ki, üzünə əl gəzdirib, estetik əməliyyat etdirib. Üzünü dartdırıb, dodağına gel vurdurub".

Vəkil Elzanın bu sözlərinə əsəbiləşib. O, "Heç bir əməliyyat etdirməmişəm. Gel vurdurmamışam. Dişlərimi düzəltdirmişəm, dodağım qabağa gəlib. Pis həkimlərin günahıdır" deyərək, etiraz bildirib.