"Bir zamanlar Çukurova" serialında rol alan aktrisa Adanalı Serap Çelikunal itən oğlunu axtarmaq üçün Müğe Anlının proqramına qatılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın şəxsi həyatı ilə bağlı verdiyi açıqlamaları hər kəsi heyrətləndirib. o, bu günədək 38 uşaq dünyaya gətirdiyini, lakin onların 28-nin öldüyünü deyib. Proqrama isə o, 24 yaşlı bipolar xəstəliyi olan oğlunu axtarmaq üçün çıxıb. Ramazan Çelikunalın avqustun 20-də evdən çıxdığını və bir daha geri dönmədiyini deyib.