18 Oktyabr 2019
Tanınmış müğənninin qardaşı zibillikdə yaşayır (VİDEO)
Tanınmış müğənninin qardaşı zibillikdə yaşayır(VİDEO) MƏDƏNİYYƏT-ŞOU 10:27 2019-09-24

"Eurovision” təmsilçilərimizdən olan müğənni Samir Cavadzadənin qardaşı Ramin "Elgizlə izlə” verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, ifaçının qardaşı işsiz olduğunu, zibillikdə çətin durumda yaşadığını söyləyib: "Mən pnevmaniya və hepatitəm. Moskvada olanda hammısı məndən yardım istəyirdi. Hətta Samirin özü dəfələrlə məndən kömək istəyib, mən kömək olmuşam. İndi mən küçələrdə, çöllərdəyəm. Həyatım başqa olub. Pis həyat sürmüşəm. İçki içmişəm, amma indi tövbəliyəm. Hazırda heçnədən istifadə eləmirəm. Atamın ölümündən sonra məni Azərbaycandan qovdular, Rusiyaya köçdüm. Kimsə məhəllədə məni görürsə, gətirib yemək verir. İşləmək istəyirəm, amma xəstəyəm”.