Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib. 

Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib. 

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

*** 09:55

Bakıda 19 yaşlı gənc “Topaz” mərc oyunları salonundan quldurluq edib.

Unikal.org report-a istinadən xəbər verir ki , hadisə sentyabrın 22-də paytaxtın Təbriz küçəsində baş verib.

Belə ki, Nərimanov Rayon polis İdarəsinin 18-ci Polis Şöbəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində mərc oyunları salonunda quldurluq yolu ilə 200 manat pulu talamaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü E.Yusublu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.