Xəbər verdiyimiz kimi, 2019-cu ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. FİFA-nın milli komandaların baş məşqçiləri, kapitanlar, jurnalistlər və azarkeşlər arasında keçirdiyi gizli səsvermənin nəticələrinə əsasən, qalib “Barselona” klubunun futbolçusu Lionel Messi olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "2019-cu ilin ən yaxşı futbolçusu" namizədləri içərisində olan və mükafatlandırma mərasiminə qatılmayan Ronaldo  "instagram"dakı payaşımı ilə diqqətləri üzərinə çəkib. 

O evində kitab oxuyarkən çəkilmiş fotosunu paylaşıb. 

Qeyd edək ki, 6 dəfə ilin ən yaxşı futbolçusu seçilən argentinalı ulduz ilin ən yaxşısı olmaq uğrunda mübarizədə Vircil van Deyk (“Liverpul”) və Kriştiano Ronaldonu (“Yuventus”) qabaqlayıb.