Çində küçədə yatan fəhlənin üzərindən avtomobil keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  inşaatda işləyən Liang  adlı fəhlə günorta yemək yedikdən sonra yuxuya gedib. Bu zaman dayanacaqdan çıxan bir avtomobil onun ayaqlarının üzərindən  keçib. Sürücü onun yerdə uzandığını görməyib. 

Xoşbəxtlikdən qəza nəticəsində həmin şəxs ölməyib. Xəstəxanaya aparılan fəhlənin vəziyyətinin normal olduğu bildirilib.