Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrikləri oğurlanıb.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərrikinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib.

İdarənin əməkdaşları tərəfindən dərhal “isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon skini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər. Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.