ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu-Yorkda gəzməyi qadağan edib.
Belə ki, İran Prezidenti BMT-nin Nyu–Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə xüsusi icazə almalıdır.

Unikal.org xəbər verir ki, Həsən Ruhani oteldə yer üçün də xüsusi icazə alıb.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.

Qeyd edək ki, Prezident Həsən Ruhani BMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş Naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.