Böyük Britaniyalı Samanta Friqo kafedə işlədiyi zaman onun çəkisi 92 kiloqrama çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, işi səbəbilə hazır qidalardan, şəkərli sulardan istifadə edən gənc qız qısa zamanda hədsiz kökəlib.

"Yeməklər pulsuz idi. İş yerimdə həm nahar, həm də şam yeməyi yeyirdim. Meyvə-tərəvəz demək olar ki, rasionumda yox idi" deyə, o qeyd edib. Çəkisi səbəbilə depresiyaya düşən gənc qız çıxış yolu axtarmağa başlayıb. Həftənin 5 günü idmana yazılan Samanta yeməyinə də diqqət edib. O, kalori sayaraq arıqladığını deyib.

"Demək olar ki hər gün pizza, kartof, makaron yeyirdim. Ancaq yediyim yemklərin kalorisini sayırdım. Su qəbuluna da diqqət edirdim. Aktiv həyat tərzinə üstünlük verdim", deyən Samanta 9 aya 32 kiloqram arıqlayıb.