Gürcüstanın Batumi beynəlxalq hava limanında külli miqdarda narkotik vasitə aşkar olunub.

Unikal.org xəbər verir ki, Cənubi Afrika vətəndaşına məxsus yükdə 16,35 kiloqram çəkidə marixuana müsadirə olunub.

Əcnəbi Gürcüstan sərhədini sentyabrın 10-da keçsə də, ona məxsus yük sentyabrın 11-də hava limanına çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.