UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında qarşıdakı illərdə baş tutacaq yarışların ev sahibləri müəyyənləşib.

Unikal.org siyahını tədqim edir:

Avropa Liqası, final
2020/21-ci il  - Sevilya, İspaniya
 

Futzal üzrə Avropa çempionatı
2022-ci il - Hollandiya

U-19-lar arasında Avropa çempionatı
2021-ci il - Rumıniya
2022-ci il - Slovakiya

U-19-lar (qızlar) arasında Avropa çempionatı
2021-ci il - Belarus
2022-ci il - Çexiya

Superkubok
2021-ci il. Belfast, Şimali İrlandiya

U-17-lər arasında Avropa çempionatı
2021-ci il - Kipr
2022-ci il - İsrail

U-17-lər (qızlar) arasında Avropa çempionatı
2021-ci il - Farer adaları
2022-ci il - Bosniya və Herseqovina

Çempionlar Liqasının növbəti üç mövsümünün final oyunlarını qəbul edəcək stadionlara gəlincə, 2021-ci ildə klub turnirinin həlledici oyunu Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Zenit” stadionunda keçiriləcək.

2022-ci ildə finalçılar Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da, 2023-cü ildəki finalçılar isə Londonun “Uembli” stadionunda oynayacaq.