16 Oktyabr 2019
15 Oktyabr 2019
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı İQTİSADİYYAT 23:53 2019-09-24

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 67,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Unikal.org bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,31 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.