"Qarabağ” klubunun sabiq futbolçusu Əfran İsmayılov Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimovla şəkil çəkdirib.

Unikal.org xəbər verir ki, hazırda “Keşlə”nin formasını geyinən futbolçu generalla olan görüntüsü sosial şəbəkədə paylaşıb. 

Onun bu paylaşımı qısa zamanda minlərlə insan tərəfindən rəğbətlə qarşılanıb.