Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

XİN-dən  Unikal.org-a verilən məlumata görə, toplantı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub. 

Nazir iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib