ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər.

Unikal.org ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumatına görə, onlar həmçinin ATƏT-in baş katibi Tomas Greminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər:

Bəyanatda qeyd olunur ki, həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən sonra, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər:

"Həmsədrlər, nazirlər gərginliyi azaltması, barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirə etməyə davam ediblər".

Həmsədrlərin yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətində olduğu da deyilir.