Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, 2 saylı Tibb Texnikumunun yaxınlığında 56 yaşlı Burciyev Orxan Qurban oğlu bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona ayağın kəsilmiş-deşilmiş yarası, sağ gözün gözüstü nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.