Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib. 

Unikal.org-un xəbərinə görə, Baş Nazirin bununla bağlı “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir:

“Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi.

Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı.

Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır.”