Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Şirvan sakini həyat yoldaşı, 1995-ci il təvəllüdlü Behbudova Güllübəyim Muxtar qızı və qayınanası, 1969-cu il təvəllüdlü Musayeva Sitarə Ərşad qızına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib, həyat yoldaşının qulağını kəsib.

Yaralılar Şirvan Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.