"Barselona" futbolçusu Karles Pereslə yeni müqavilə imzalayıb.

Unikal.org-un klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, K.Peres bu mövsüm 5 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.