Bakıda kafenin damından meyit tapılıb.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Nərimanov rayonunda kafenin damından bir nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.