Gəncə sakinindən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R. Namazov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana aşkar edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evdən əlavə olaraq  4 kiloqram 335 qram marixuana götürülüb.