PSJ-nin zədəli futbolçuları Kilian Mbappe və Mauro İkardi sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki hücumçu PSJ-nin Liqa 1-in 8-ci turunda “Bordo” ilə qarşılaşacağı oyunun heyətinə daxil edilib.

Mbappe avqustun 25-dən, İkardi isə sentyabrın 19-dan zədəli idi.

“Bordo” – PSJ matçı bu gün, saat 19:30-da start götürəcək.