“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 7-ci turunda “Atletiko” ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, “Marca” nəşrinə danışan fransız mütəxəssis, qələbə qazanmaq istədiklərini deyib:

“Mövsümün əvvəlindəki yoxlama oyununun bugünkü qarşılaşma ilə əlaqəsi yoxdur. O zamandan çox şey dəyişib. İndi özümüzü daha yaxşı vəziyyətdə hiss edirik.

Rəqibin də hazırda durumu yaxşıdır. Maraqlı oyun olacağını gözləyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibə qarşı oynayacağıq”.

“Atletiko” – “Real” matçı bu gün, saat 23:00-da start götürəcək. Komandalar arasında mövsümün əvvəlində keçirilən yoxlama oyunu “Atletiko”nun 7:3 hesablı qələbəsiylə başa çatmışdı.