Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, avtomobil təxminən 30-35 yaşlı qadını vurub. Qadın təcili tibbi yardımın köməkliyi xəstəxanaya çatdırılsa da, yolda keçinib.