18 Noyabr 2019
17 Noyabr 2019
Azərbaycanlı dünya çempionu deputat olmaq istəyir - "Mənə səs verərsiz?" (FOTO)
Azərbaycanlı dünya çempionu deputat olmaq istəyir- "Mənə səs verərsiz?" (FOTO) İDMAN 22:10 2019-09-28

Böyüklər arasında Milli komandanın kapitanı,  Dünya və Avropa çempionu kikboksçu Ramal Aslanov deputat olmaq arzusundadır. 
Unikal.org
xəbır verir ki, "Lord" ləqəbli idmançı milli məclisin binasında olarkən çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. 
O paylaşdığı fotoya "Qismət, inşallah yaxın zamanfa öz yerimi alaram bu zalda.  Namizəd olsam səs verərsiz?" deyə yazıb. 
Onun fotosu tez zamanda  çoxsayda bəyənmə alıb. 
Qeyd edək ki, kikboksçular federasiyanın prezidenti Adil Əliyevin dəvəti ilə Milli məclisin binasında olublar.  Bu zaman Ümumdünya Həvəskar Kikboksinq Təşkilatının (WAKO) prezidenti Roy Beyker də orada qonaq olub.


  • Azərbaycanlı dünya çempionu deputat olmaq istəyir- "Mənə səs verərsiz?" (FOTO)