Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.

Unikal.org  xəbər verir ki, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Camal Həsənov qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunduqdan sonra Reanimasiya Şöbəsinə yerləşdirilib. C.Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.