İYİ Partiya başqanı Məral Akşənər xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, xanım sədr millət vəkilləri ilə görüş öncəsi özünü narahat hiss edib.

Onun hansı xəstəxanada olduğu məlum deyil.

Qeyd edilir ki, M.Akşənər səhhətindəki problemlər səbəbindən bir müddətdir ki, müalicə alır.