Türkiyəli müğənni Kenan Doğulu ilə boşanacağı idda edilən aktrisa Beren Saat fransalı DJ Mağa ilə münasibətlərinə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, bir məkandan çıxarkən obyektivlərə tuş gələn aktrisa bir neçə gün öncə Maqa ilə yayılan foto haqqında "Bəli, o fotodakı mən idim" deyə, cavab verib.

Onun bu etirafı sosial şəbəkədə gündəm olub. Əri Kenan Doğulu isə onun bu etirafı ilə bağlı heç bir açıqlama verməyib.