Bu gün Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

Unikal.org xəbər verir ki, turun son oyununda "Trabzonspor" klubu "Beşiktaş"ı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Trabzonspor" 9 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, "Beşiktaş" 5 xalla 16-cı yerdədir.