Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin öldürülən şəxsi mühafizəçisi, Makkah bölgəsinin polis rəisi, general-mayor Əbdüləziz  bin Bəddah Əl-Fağım Məkkə qəbiristanlığında dəfn edilib.

Unikal.org xəbər verir ki, kralın öldürülən yaxın mühafizəçisi general Əbdüləziz bin Beddah əl-Fağımın nəşi Məscid-i Harama aparılıb və cənazə namazı qılınıb. 

General dünən axşam Məkkədə yüzlərlə insanın iştirakı ilə dəfn edilib. 

Qeyd edək ki, general Əbdüləziz  bin Bəddah əl-Fağım dostu Turki Ben-Sebtiyinin evinə qonaq gedib. Bu zaman general Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Memduh Al Ali mübahisə edib.

Mübahisədən sonra Memduh Al Ali evi tərk edib və silahla geri qayıdıb. O, atəş açaraq evin mühafizəçisini və generalı yaralayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilsədə generalın həyatını xilas etmək mümkün olmayıb. 

Memduh Al Ali hadisə yerinə gələn polis əməkdaşlarının atəşi nəticəsində öldürülüb. Bundan başqa, atışmada təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da yaralanıb.