16 Oktyabr 2019
15 Oktyabr 2019
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı - FOTOLAR
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı- FOTOLAR CƏMİYYƏT 16:15 2019-09-30

Bu gün Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyası arasında təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb.  

Unikal.org xəbər verir ki, ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu bildirib. Rektor tərəflər arasında qarşılıqlı işgüzar əlaqələrin əsasını qoyduğunu vurğulayıb: “Mənə elə gəlir ki, həm müəllimlərimizin, həm gənc nəslimizin formalaşmasında bu müqavilənin böyük əhəmiyyəti olacaq. Bu növ müqavilələrə ehtiyac var. Universitetlər, adətən başqa ölkənin universitetləri ilə əlaqə saxlayır. Bu, xarici ölkələrin Azərbaycana olan marağından irəli gəlir. Bu, bir tərəfdən ölkə prezidentinin Azərbaycan dövlətçiliyinin, digər tərəfdən də ölkəmizin digər ölkələrlə əlqələrini möhkəmlətmə xəttinə  yönəlmiş səylərinin nəticəsidir. Bununla yanaşı, həmin istiqamətdəki əlaqələrin daha da möhkəmlənməsi üçün ölkədaxili universitetlərin bir-biri ilə münasibətlər qurmasına ehtiyac var. Bu istiqamətdə imzalanan Protokol tələbə və müəllimlər üçün son dərəcə vacib və effektiv inkişaf yolu olacaqdır”. 

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib. ADU ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin dil biliyinin bu gün vacib olduğunu deyib.  O, polislərin xarici vətəndaşlarla ünsiyyəti zamanı ehtiyac duyacağı dil biliyinə malik olmalarında Dillər Universitetinin əməkdaşlarının mühüm rolu olacağını qeyd edib.  

Qeyd edək ki, Protokolun imzalanmasında məqsəd təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək hər iki təhsil müəssisəsi, həmçinin onların elmi, elmi-pedaqoji kollektivləri, tələbələri (kursantları), aspirantları (adyunktları) və doktorantları arasında təmasların qurulmasıdır. 

Protokolda tərəflər arasında Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan miqdar, tərkib və müddətlərdə elmi-pedaqoji qrupların və tələbələrin (kursantların) mübadiləsi, dissertasiyalar üzərində çalışan doktorant, aspirant (adyunkt) və iddiaçıların müvafiq elmi dərəcələr alması, elmi, tədris və metodiki dərclər və nəşrlər, tədris fənnlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatların aparılması, elmi tədqiqatların və məqalələrin birgə nəşri, elmi-texniki və metodiki layihələrin hazırlanması, elmi tədqiqatların nəticələrinə qarşılıqlı rəy verilməsi, dil hazırlığı sahəsində birgə elmi tədbirlərin keçirilməsi və s. nəzərdə tutulub.  


  • ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı- FOTOLAR
  • ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı- FOTOLAR