Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 17 oktyabr 2019-cu il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıtda Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Sumqayıt şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Unikal.org xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşların 15 oktyabr 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan şəhər və rayon idarə, şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.