“Qafqaz Qartalı - 2019” təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, xüsusi təyinatlılar vacib strateji və hərbi obyektlərə basqının edilməsi üçün əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetirib və şərti düşmənin müdafiəsinin dərinliyindən çıxmaq üzrə fəaliyyətləri icra ediblər.