İngiltərə Premyer Liqasında VII tur başa çatıb.

Unikal.org xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşması “Old Trafford”da keçirilib. “Mançester Yunayted” evdə “Arsenal”ı sınağa çəkib.

İlk yarının sonlarında meydan sahibləri hesabı açıblar. “Topçular” fasilədən az sonra vurulan qolla Mançesterdən heç-heçə ilə dönməyi bacarıblar.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 4-6-da keçiriləcək.