Prezident İlham Əliyevin Sərəncamına əsasən Ağsu rayonuna təyin olunmuş yeni icra başçısı Vahid Heydər oğlu Tağıyev bu gün kollektivə təqdim olunub.

Unikal.org xəbər verir ki, Vahid Tağıyevi kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Xəbəri Unikal.org-a İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri  Sevil Mirzəliyeva təsdiqləyib. 

Buna qədər həmin vəzifəni Ənvər Qasım oğlu Seyidəliyev tutub.