Müğənni Maral Tahirqızının (Gülməmmədova Maral Tahir qızı) ölüm xəbəri yayılıb.

Unikal.org-a açıqlama verən müğənni yayılan xəbəri təkzib edib:

"Bu nə ilə bağlıdır bilmirəm. Bu məlumat yalandır. Mən sağam, ölməmişəm. Mən bu zamana qədər yalnız bir dəfə keçən il ağır qəza keçirmişəm. Həmin qəzada heç tüküm də tərpənmədi. Ondan sonra maşınımı da saatdım. İndi mənim avtomobilim yoxdur. Bu yalanı məni istəməyənlər yayıb."

Famil Fərhadoğlu