12 Noyabr 2019
11 Noyabr 2019
Azərbaycan millisi Qətərə 4 güləşçi ilə yollanır
Azərbaycan millisi Qətərə 4 güləşçi ilə yollanır İDMAN 11:48 2019-10-01

Oktyabrın 14-15-də Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarış keçiriləcək.

Unikal.org xəbər verir ki, oyunlarda ölkəmizi Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.

Güləşçilərimiz sınaqçı rəqiblərlə birgə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında çimərlik oyunları arenasında məşqləri davam etdirir.