"Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir. Ahıllara dövlət qayğısının artırılmasına yönələn işlər ildən-ilə genişləndirilir. Dövlət himayəsində yaşayan ahıl insanların normal yaşayış şəraiti, sosial müdafiəsi təmin olunub".

Unikal.org-un xəbərinə görə, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov 1 oktyabr - Beynəlxalq Ahıllar gününə həsr edilən tədbirdə deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş - xalq dayanır: "Bu gündən minimum pensiyanın məbləği 200 manata çatdırılıb. Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın, onların problemləri həll edilsin. Dövlət hər birimizindir. Dövlətin bu yerə çatmasında hər bir vətəndaş töhfəsini verib. Dövlət də bunun müqabilində onlara diqqət və qayğı göstərir".